AZ

Tbilisidəki etiraz aksiyasında bir neçə nəfər saxlanıldı

Gürcüstanda kortəbii etiraz aksiyasında bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat "Sputnik Georgia"nınteleqram kanalında yer alıb.

Qeyd olunur ki, qanunsuz silah saxladığına görə müxalif bloger Uça Abaşidzenin həbsindən sonra onun tərəfdarları nüfuzlu Vake rayonunda Çavçavadze prospektini bağlamağa cəhd ediblər.

“Bir neçə nəfər polisə tabe olmadıqları üçün saxlanılıb”, – nəşr yazır.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu ikinci oxunuşda qəbul edib. 83 deputat “lehinə”, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftə sonra üçüncü oxunuşda baxılacaq. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.


Müəllif: Pərvin Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla