AZ

Keşiş Baqratın Paşinyanın istefası tələbi ilə keçirdiyi mitinqə cəmi neçə hayk qatıldı?..

İrəvandakı son mitinqə cəmi 20 minə yaxın erməni qatılıb...-Rusiya mənbələri
 
Xəbər verildiyi kimi, mayın 9-da İrəvanın Respublika meydanında   Azərbaycanla sərhədlərin delimitasiya olunmasının bəhanəsi ilə Paşinyan hakimiyyətinə qarşı “Vətən uğrunda Tavuş” hərəkatının mitinqi keçirilib. Hərəkat mayın 4-də Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə bir qrup etirazçının Qazax rayonunun məlum 4 kəndi ilə həmsərhəd Kirants(Güney) kəndindən İrəvana yürüşü ilə başlayıb. 
 
Moderator.az xəbər verir ki, gecə saatlarında tert.am saytı sözügedən mitinqdə neçə erməninin iştirak etməsi ilə maraqlanıb.
 
“ “Milli Cəbhə” teleqram kanalının məlumatına görə, meydanda keçirilən toplanışda 60 mindən çox vətəndaş iştirak edib.
RİA Novosti-nin məlumatına görə, meydanda və yaxınlıqdakı küçələrdə azı 20 min insan olub.
“Şüurlu Vətəndaşlar Birliyi” aerofotoqrafiya vasitəsilə mitinq iştirakçılarının hesabını aparıb və nəticədə saat 18:10-a olan məlumata görə, Respublika meydanı və ona bitişik ərazilərdə 31 700 nəfərə yaxın insan olduğu bildirilib...
Rəsmi məlumat hələ dərc edilməyib”,- erməni nəşri belə yazır.
 
S.Laçın
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
40
Mənbələr
Şərh ()
Bağla