AZ

Samir Nuriyev: COP29-la bağlı yekdil qərar Azərbaycana böyük hörmətin ifadəsidir

Azərbaycan dövləti ciddi qlobal problem olan iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində ardıcıl siyasət həyata keçirir, 2030-cu ilə qədər bərpaolunan enerji həcminin və enerji səmərəliliyinin artırılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulmuşdur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.

“Ölkəmizdə “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilmişdir. Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqətin və həssas münasibətin göstəricisidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsi olmaqla yanaşı, həm də yeni inkişaf mərhələmizdə əldə edilmiş növbəti uğurdur. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir. Əminliklə demək olar ki, “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında yüksək səviyyədə keçiriləcək COP29 qlobal əhəmiyyət daşıyan bu problemin həllinə mühüm töhfə olmaqla yanaşı, həm də ölkəmizin güclü potensialını bütün dünyaya nümayiş etdirəcəkdir”, - S.Nuriyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
17
Mənbələr
Şərh ()
Bağla