Bakı. Trend:
ABŞ-ın silah tədarükünü dayandıracağı ilə bağlı hədələrinəbaxmayaraq, İsrail Rəfah əməliyyatından imtina etməyəcək.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri BenyaminNetanyahu xalqa müraciətində deyib.
"İsrailə tək dayanmaq lazımdırsa, o, tək duracaq. Lazım gələrsə,dırnaqlarımızla da mübarizə aparacağıq", - deyə baş nazirbildirib.
O, Qəzzada indiki müharibəni 1948-ci ildə İsrailin müstəqillikmüharibəsi ilə müqayisə edib.
"O vaxtda İsrailə də silah embarqosu tətbiq olunub, amma bizqalib gəldik. Bu gün biz daha güclüyük", - deyə B.Netanyahubildirib.