AZ

Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbərini işdən çıxarıb

Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Mühafizə İdarəsinin rəhbəri Sergey Rudu tutduğu vəzifədən azad edib.

APA xəbər veirir ki, bu barədə Zelenski fərmanı imzalayıb.

General-mayor Rud 2019-cu ildən bu idarəyə rəhbərlik edir. Onun işdən çıxarılmasının rəsmi səbəbləri açıqlanmır.

Xatırladaq ki, mayın 6-da Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Dövlət Mühafizə İdarəsindəki polkovniki Andrey Quku saxlayıb.

O, ölkənin bir neçə yüksək səviyyəli rəhbərliyinə, o cümlədən Zelenski haqqında məlumatların toplanması və xarici kəşfiyyat xidmətlərinə ötürülməsi ilə məşğul olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
Mənbələr
Şərh ()
Bağla