AZ

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Sorğu:

Paris, 10 may, AZƏRTAC

Fransızların yarısı Avropa İttifaqı ilə bağlı narahatdırlar, hətta 16 faizi qəzəblidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa İctimai Rəy İnstitutunun (İFOP) “Ouest France”ın sifarişi ilə apardırdığı sosial sorğunun nəticələrində qeyd edilib.

Avropa seçkilərinə cəmi bir ay qaldığı vaxtda fransızların Avropa İttifaqı ilə bağlı daha çox mənfi fikirdə olduğu müəyyənləşib. Fransızların yalnız dörddən biri Avropa ilə bağlı müsbət fikir ifadə edib.

Sosial sorğunun nəticələrinə görə, təqaüdçülər (50 faiz) və ticarətçilər (53 faiz) daha çox narahatçılıqlarını bildiriblər. Qəzəb və narahatlıq hissi respondentlərin yaşından asılı olaraq çox dəyişir. 18-24 yaşlı gənclərin yalnız dörddə biri (26 faiz) narahat olduğunu deyir, 65 və daha yuxarı yaşda olanlar üçün bu rəqəm 50 faizə yüksəlib. Avropalı olduqları ilə fəxr edən fransızların sayı əvvəlki illərlə müqayisədə azalıb. Val dö Luar, Normandiya və Korsikadan olan əhalinin üçdən biri (30 faiz) avropalı olduqları ilə heç vaxt fəxr etmədiklərini qeyd ediblər. Avropa quruculuğunun Fransa üçün müsbət təsirləri olacağına inanan fransızların da sayı əvvəlki illərlə müqayisədə kifayət qədər azalıb.

Sənətkarların və ticarətçilərin yarıdan çoxu (53 faiz) və işçilərin (51 faiz) Avropa İttifaqına mənsub olduqları üçün fəxr etmədiklərini bildiriblər.

Hətta avropalı olmaqdan qürur duyan fransızlar arasında narahatlıq hissi 43 faiz təşkil edib.

Nəhayət, fransızların ən yaxın hiss etdikləri ölkələr İspaniya (24 faiz), Almaniya (23 faiz), Belçika (18 faiz) və İtaliyadır (14 faiz), bütün digər ölkələr 3 faiz və ya daha azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
1
Mənbələr
Şərh ()
Bağla