AZ

"Mançester Siti" Çempionlar Liqasında iştirak etməyə bilər

"Jirona" və "Mançester Siti" klubları gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaqlarına görə, "Siti" futbol qrupu klubdakı səhmlərini sata bilər.

Offsideplus.az xəbər verir ki, UEFA bayrağı altında keçirilən yarışlarda iştirak edən heç bir klub eyni turnirdə iştirak edən digər klubla ortaq sahibkara məxsus ola, eyni rəhbərliyə sahib ola və həmçinin klublar arasında sözləşmə imzalana bilməz. 

Bu səbəbdən hər iki klubun Çempionlar Liqasındakı iştirakı şübhə altındadır. UEFA liqada digərindən daha yüksək yerdə qərarlaşan komandaya Çempionlar Liqasında oynamaq icazəsi verməyi planlaşdırır. Belə ki, "Jirona" La Liqada mövsümü 2-ci, "Mançester Siti" isə Premyer Liqanı 3-cü yerdə başa vursa, Çempionlar Liqasında çıxış edəcək komanda "Jirona" olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
Mənbələr
Şərh ()
Bağla