AZ

UEFA Avropa Liqasının finalçıları məlum olub

UEFA Avropa Liqasının 1/2 finalının ikinci matçında Almaniyanın "Bayer" və İtaliyanın "Roma" komandaları qarşılaşıblar.

“Report” xəbər verir ki, komandalar Almaniyanın Leverkuzen şəhərindəki "Bay Arena" stadionunda oynayıblar. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Bayer" 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün yekununa görə "Bayer" Avropa Liqasının finalına çıxıb.

"Atalanta" isə İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci qarşılaşmada 1:1 hesablı qeydə alındığı üçün Berqamo təmsilçi adını finala yazdırıb.

Beləliklə, "Atalanta" və "Bayer" Avropa Liqasının 2023/2024-cü illər mövsümünün finalında oynayacaq. Final oyunu mayın 22-də İrlandiyanın Dublin şəhərində keçiriləcək. Matç "Aviva" stadionunda baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
report.az

10Mənbələr