AZ

Nadir və Rəhim Əliyevlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub

9 May – Faşizm üzərində Qələbə Gününün 79-cu ildönümündə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi İsveçrədəki səfirliyimiz tərəfindən Bazeldə kütləvi qəbiristanlıqda dəfn edilmiş Nadir Əliyev və Rəhim Əliyevin məzarları başında yad edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov Bazel kütləvi qəbiristanlığında avropalıları nasizm və faşizmdən xilas etmiş minlərlə azərbaycanlılardan ikisinin - Nadir Əliyev və Rəhim Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub. Həlak olmuş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad edilib. Həmişə olduğu kimi bu ənənənin gələcəkdə də davam etdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan əvəzsiz rol oynayıb. Azərbaycan neftinin faşizm üzərində qələbədə böyük əhəmiyyəti olub. Həmin müharibə illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr idi.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib.

O dövrdə Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941–1945-ci illərdə Azərbaycanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla