AZ

ABŞ Gürcüstana şərt qoydu

“Birləşmiş Ştatlar Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinə qarşı etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi hallarının araşdırılmasını zəruri hesab edir”.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

O qeyd edib ki, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır:

“Lakin Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir. Biz qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən dərin narahatıq. Vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təzyiq və fiziki güc tətbiq edilməsi hallarının artması ilə bağlı xəbərlərdən xəbərdarıq. Bunu pisləyirik və dərhal, hərtərəfli araşdırmaya çağırırıq.” – deyə Metyu Miller bildirib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
2
Mənbələr
Şərh ()
Bağla