AZ

YENİ YAŞIN İŞIĞINDA - Müsahibə

Yeni yaşı bu günlərdə tamam olan Qaydış İctimai Birliyinin sədri, tanınmış Kulturoloq Hasil Tağıyevlə həmsöhbət olduq.

 Salam, Hasil müəllim! İlkin olaraq 10 may təvəllüd gününüzü təbrik edirik! Necəsiniz?

-Çox sağ olun. Təşəkkür edirəm, yaxşılıqdır.

İstərdik, bu gözəl gündə rəhbərlik etdiyiniz İctimai Birliyin xətti ilə gördüyünüz işlər barədə danışasınız.

-Bizim İctimai Birlik milli-mənəvi dəyərlərimizin təbliği, adət-ənənələrimizin qorunması və gənc nəsllərə çatdırılması, mədəniyyət abidələrimizə qayğı və ümumən dövlətin mədəniyyət siyasətinin icrası istiqamətində uğurlu işlər aparır.

Vətən müharibəsi günlərində isə canını fəda etmiş əsgər və zabitlərimizin döyüş və həyat yoluna ayna tutmağa çalışdıq. Bir neçə uğurlu işimizi deyim. “Vətən aşiqi” filmində ailənin tək oğul övladı şəhid polkovnik-leytenant Sənan Axundovun, “Vətən əmanəti” filmində qəhrəman şəhid-döyüşçü Məhəbbət Mirzəyevin, “Biz üç dost idik” filmində Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhid-döyüşçülər- Cavid Dədəkişiyev, Qabil Orucəliyev və Adil Adilzadənin , “Biz həmişə səninləyik!” filmində isə şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolundan bəhs olunur. Bundan başqa onlarca qəhrəman döyüşçülərimizə həsr olunmuş filmlərin direktoruyam.

Film çəkilişlərindən söhbət düşmüşkən onu deyim ki, narkamaniyaya qarşı mübarizə məqsədilə çəkdiyimiz “ Qızıl gülə batasan” filmi məktəblilər arasında maariflənməyə daha çox xidmət edir.

Hasil müəllim, ictimai sferada və mədəniyyət işçiləri arasında tanınan bir şəxs kimi keçdiyiniz həyat yolu bizə maraqlıdır.

-Kənd klubunun müdiri, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri (o vaxt belə adlanırdı), Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzində sektor müdiri vəzifələrində işləmişəm. Əgər Azərbaycan mədəniyyətinə az da olsa, töhfə verə bilmişəmsə, nə xoş mənə!

Hazırda nə kimi planlarınız var. Bir yaradıcı mədəniyyət işçisi kimi hansı işlər üzərində çalışırsınız?

-Mil-Muğan Bölgəsinin arxeoloji abidələrini araşdırırıq. Onun mühafizəsi və zənginləşdirilməsi istiqamətində təkliflərimiz var. İnşallah, yaxın aylarda layihəmizin icrası istiqamətində uğurlu işlərimiz olacaq. Bu layihələrə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk.

 Mədəniyyət işçisi kimi bugün Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin işinə necə baxırsınız, aparılan siyasət və kadr işi Sizi qane edirmi?

-Deyim ki, mədəniyyətimizin inkişafına diqqət və qayğının bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün isə cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin mədəniyyət siyasəti uğurludur, inkişafyönümlüdür və qalib bir ölkənin mədəniyyətini özündə əks etdirir.

Nazir dəyişikliklərinə gəlincə isə bunu onların siyəsətinin uğursuzluğu kimi kimi qəbul edirəm. Adil Kərimli ötən ilin aprel ayında Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Gəncdir, doğrusu ümidliyik. Mədəniyyət nazirliyi sistemində ikili rəhbərlik, həm nazırlik, həm də İcra Hakimiyyətləri tərəfindən idarəolunma xeyli gərginliklər yaradırdı. İcra başçıları nəyinsə qarşılığında kimlərisə rəhbər vəzifələrə təyin olnmağa cəhd edirdilər. Çox şükürlər olsun ki, indi belə hallar yoxdur. Demokratik edarəetmə, şəffaf kadr siyasətinin fonunda nöqsanlara yol vermək səriştəsizlikdir və bağışlanılmazdır.

Övladlarınızdan Sizin peşə sahəsində çalışanlar varmı?

-İki qızım var. Hər ikisi ali təhsillidir. Həmidə kitabxana işi üzrə, Səkər isə muzeyşunaslıq üzrə mütəxəssisdir. Körpə uşaqlı olduqları üçün hazırda işləmirlər. Gözəl nəvələrimə- Həsən, Mənsumə və Timura xidmət edirlər.

Hasil müəllim, müsahibə üçün çox sağ olun! Bir daha yeni yaşınız mübarək! Ulu Tanrı Sizi, övladlarını və nəvələrini qorusun!

Siz sağ olun! Təbrik və diqqətiniz üçün təşəkkür edirəm!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
Mənbələr
Şərh ()
Bağla