AZ

Respublikaçılar: "Bayden vəzifəsindən uzaqlaşdırılmalıdır"

ABŞ prezidenti Baydenin İsrailə silah göndərilməsini dayandıracağını açıqlaması respublikaçıların böyük reaksiyasına səbəb olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Senator Tom Kotton Baydenin impiçmentinə çağırıb.
 
İsrail Ordusunun sözçüsü Daniel Hagari, planlaşdırılan hücumlar üçün kifayət qədər silaha sahib olduqlarını söyləyib.
 
\"The Times of Israel”in məlumatına görə, Daniel Hagari keçirilən mətbuat konfransında ordunun Rəfahdakı hücumunun bütün şəhəri deyil, yalnız şəhərin şərqi ilə məhdudlaşdığını iddia edib.

Hagari İsrail Baş Qərargah rəisi Herzi Halevinin ABŞ Mərkəzi Komandanlığının komandanı general Michael Erik Kurilla ilə hər gün danışdığını ifadə edib və əlavə edib ki:
\"Aramızda fikir ayrılıqları olsa belə, onları bağlı qapılar arxasında həll edirik\" 
Konqresin Respublikaçı hissəsi Rafaha hərtərəfli hücum olacağı təqdirdə İsrailə silah göndərməyəcəyini açıqlayan Baydeni tənqid edib.

Qeyd edək ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı sədri Michael McCaul və Respublikaçılar Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə sədri Mayk Rocers birgə bəyanatda Demokratik administrasiyanın İsrailə bu mühüm silah daşınmasını dayandırmaq qərarından dəhşətə gəldiklərini bildiriblər.
Respublikaçı liderlər Bayden və onun administrasiyasını \"İsrailin təhlükəsizliyini pozmaqda” ittiham ediblər.
 
Respublikaçılar onu da müdafiə ediblər ki, hələlik Ağ Evdən bunun həyata keçirilib-keçirilməməsi ilə bağlı rəsmi açıqlama verilməyib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla