AZ

ABŞ Gürcüstan hakimiyyətinin antiqərb ritorikasından narahatdır

Gürcüstanın hakim partiyası rəhbərliyinin ritorikası bu ölkənin Avroatlantik yolunu və Vaşinqtonla münasibətlərini təhdid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Miller qeyd edib ki, Amerika hakimiyyəti Gürcüstanda nəzərdən keçirilən xarici agentlər haqqında qanun layihəsi, eləcə də hakim “Gürcü Arzusu” partiyası rəhbərliyinin anti-Qərb ritorikasından “inanılmaz dərəcədə narahatdır”.

Millerin fikrincə, bu cür ritorika Tbilisini “qeyri-müəyyən trayektoriyaya” salır. O, əmindir ki, bu, Gürcüstanın Avro-Atlantik yolunu və əlbəttə ki, ABŞ-la münasibətlərini təhdid edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
nocomment.az

10Mənbələr