AZ

"Rusiya Ukraynanı bir gündə yox edə bilər..?"

...Rusiyanın hərbi potensialı ona Ukraynanı nüvə silahından istifadə etmədən 24 saat ərzində məhv etməyə imkan verəcək, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Scott Ritter bildirib bunu.

...Rusiya açıq şəkildə bildirib ki, adi silahlardan istifadə etməklə Ukraynanı bir gündə yox edə bilər.

Qeyd edək ki, keçmiş zabit bunu “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib.

Ritterin sözlərinə görə, Moskva döyüş meydanında qalib gəldiyi üçün belə bir ssenarini nəzərdən keçirmir.

...Ukraynada kifayət qədər kişi yoxdur, çünki onlar qaçırlar, ona görə də onları tutub cəbhəyə göndərməlidirlər.

Bunu da Ritter deyib.

Yeri gəlmişkən, bundan əvvəl İsveçrə Ukrayna münaqişəsində Rusiyanı qalib elan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla