AZ

Heydər Əliyev ekoloji problemlərin davamlı inkişafı istiqamətində böyük işlər görüb – VİDEO

Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Ümummilli liderimizin təbiətə, ağaclara olan həssas münasibəti hər kəsə bəlli idi. 

Həttə onun “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” kəlamı bizlərin yaddaşından əsla silinməzdir.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Video materialda görünən Daş Palıd ağacı 1997-ci il 10 may tarixində ümummilli lider Heydər Əliyev tərəfindən Xalqlar Dostluğunda yerləşən parkda əkilib. Bu gözəl görüntüləri lentə alıb ,bizlərə çatdırdığı üçün peşəkar videoqraf və fotoqraf Ramin Aslanova təşəkkürümüzü bildiririk.

Doğum günündə ulu öndəri hörmət və sevgi ilə anırıq!

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla