AZ

Məşhur rusiyalı bloqqer Çində vəfat etdi - FOTOLAR

“Rus Nana” adı ilə məşhur influencer Çində dünyasını dəyişib. 31 yaşlı qadın ötən bazar, mayın 5-də vəfat edib. O, 38 gün komada olub.

 

Sfera.az bildirir ki, Nana keçən il təhsil almaq üçün Çinin Quizhou əyalətinə köçüb. Burada döymə ustası olan əri Wang Tao ilə evlənərək, Çində yaşayıb. Onun on minlərlə izləyicisi olub.


Rus qadının “TikTok”da 60 mindən çox abunəçisi var.


“TikTok”un Çin versiyası olan “Douyin”də onun 60.000-dən çox izləyicisi və 424.000 bəyənməsi var. Nananın şirin, təravətli və gülməli xasiyyəti ilə çoxlu pərəstişkar qazandığı bildirilir.


Martın 27-də cütlük dostları ilə içki içmək üçün çölə çıxıb, lakin həmin gün axşam saatlarında qadın xəstələnib. Şiddətli asma xəstəliyinin başladığını hiss edərək, ağrıkəsici qəbul edib uzanmağa qərar verdiyi bildirilir. Lakin o, huşunu itirdiyi üçün sonradan xəstəxanaya çatdırılıb.

 

Çin nəşrinin məlumatına görə, bloqqer komada olarkən Wang Tao öz sevgi hekayələrini internetdə paylaşıb və onun sağalması üçün dua edib.

 

Nana komaya düşüb və 38 gün sonra dünyasını dəyişib. Həyat yoldaşı qızın xəstəxanada çəkdirdiyi fotoları: “Nana bizi həmişəlik tərk etdi” başlığı ilə paylaşıb. 


Çin rəsmilərinin araşdırma aparıb-aparmayacağı məlum deyil, bloqqerin hansı dərmanla müalicə olunduğu barədə də məlumat yoxdur.

 

Həkimlər ona orta və şiddətli ağrıları aradan qaldırmaq üçün güclü ağrı dərmanları təyin ediblər. Bununla belə, bu həblərin bir sıra yan təsirləri var. Jurnalistlər mərhumun "asma" altında daha ciddi sağlamlıq problemləri gizləndiyini də ehtimal edirlər.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla