AZ

“Karvan” buna görə narazıdı – Mübahisəli epizodun VİDEO və FOTOSU

Azərbaycan I Liqasında 25-ci tura start verilib. 

İdmanxeber.az-ın məlumatına görə, “Karvan” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində baş verən bir epizod mübahisələrə səbəb olub. Belə ki, görüşün 8-ci dəqiqəsində “Şamaxı”nın qapıçısı Abdulla Seydəhmədov “Karvan”ın üzvünə müdaxiləsinə hakim davam qərarı verib.

Bu qərarla razılaşmayan qonaqlar baş hakim Rəşad Əhmədova sərt etiraz edib. Hətta epizodun iştirakçısı olan Budaq Nəsirov hakimə qeyri-etik ifadə işlətdiyinə görə birbaşa qırmızı vərəqə görüb.

Həmin epizodu təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
idmanxeber.az

1Mənbələr