AZ

ABŞ Ukraynaya yeni silah tədarükü edib

ABŞ yaxın bir neçə həftə ərzində Ukraynaya yeni silah və hərbi texnika göndərəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə təsdiqləyib.

"Sizi əmin edə bilərəm ki, növbəti bir neçə həftə ərzində əlavə elanlar veriləcək", - o, Vaşinqtonun Kiyevə silah tədarükünü nə vaxt davam etdirəcəyi sualını cavablandırarkən deyib. 

Miller Ukraynanın hazırkı hakimiyyət orqanları üçün yeni silah göndərişlərinin nomenklaturasını dəqiqləşdirməyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
9
Mənbələr
Şərh ()
Bağla