AZ

“Reallıqdan kənar” tələblər hansılardı?

"Turan Tovuz" uğurlu seriya cızırdı, ilk "üçlüy"ün biraddımlığında dayanmışdı.

Tovuz stadionunda hərə  birağızdan "Ayxan müəllim” qışqırırdı. Elə ki ardıcıl üç məğlubiyyət oldu, komanda “avrokubok zonası”ndan uzaq düşdü, "istefa" şüarları başladı. “Zirə”yə məğlubiyyətdən sonra Ayxan Abbasovun komandası “Sumqayıt”dan 9 xal geri düşdü. Məğlubiyyət rəsmiləşən kimi “Turan Tovuz” azarkeşləri Ayxan bəyi istefaya səslədi. Hətta tovuzluların qapçısı Kamal Bayramovun “istefa” şüarına görə azarkeşlərlə söz davasına çıxması da gözdən qaçmadı. Maraqlı məqam odu ki, oyunsonrası mətbuat konfransında, adətən, azarkeşləri dəstəyə görə təbrik edən Ayxan bəy bu dəfə onların komandanın qarşısında reallıqdan kənar tələblər qoyduğunu bildirdi. Görəsən, azarkeşlərin “reallıqdan kənar” hansı tələbləri var? Bu sualı “Turan Tovuz”la azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevə ünvanladıq:
“Bizim öz işimiz var. Komandamız udar da, uduzar da, fərq etməz, həmişə onun yanındayıq. Komandamızı qələbəyə görə sevmədik ki, məğlub olanda tək qoyaq. Səbirlə gələcəyin komandasını qurmaq lazımdı. Ehtiram müəllimlə Ayxan Abbasova dəstək olmaq lazımdı. Heç nə birdən-birə düzəlmir. Biz fanklub olaraq, öz işimizi görürük”.

ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
football-plus.az

1Mənbələr