AZ

“Panda Boyaları” sərgi satış mağazasının açılışı olub – FOTOLAR + VİDEO

“Muradlı M” MMC şirkətinin “Panda Boyaları” sərgi satış konseptli mağazası Abşeron Ticarət Mərkəzinin ərazisində müştərilərin xidmətində olacaq.

Açılış mərasiminə dəvət olunan qonaqlar şirkətin istehsal etdiyi müxtəlif markalı məhsullarla tanış olmaq imkanı qazanıblar.

Açılış mərasimində çıxış edən şirkətin icraçı direktoru Tural Mirzəyev, “Muradlı M” MMC-yə məxsus məhsullar barədə məlumat verib, “Panda” Boya, “Genç”, “Panapol”, “LİNX” və digər markaların bazardakı rəqabətlilik gücündən, keyfiyyətli xidmətdən söz açıb. “KOBSKA” İdarə Heyətinin Sədri Nigar Ələsgərova, AKİAB-ın həmtəsisçisi Şirin Şərifov şirkətin satış sərgi mağazasının fəaliyyətinə uğurlar arzu ediblər. Rəmzi lent kəsildikdən sonra qonaqlar mağazaya baxış keçiriblər.

Qeyd edək ki, “Muradlı M” MMC şirkəti 2006-cı ildən etibarən “Panda Boya” markası adı altında su bazlı boyalar, solvent bazlı sintetik boyalar, sellilozik əsaslı dolğu verniklər, sintetik və sellilozik tinerlər, həmçinin “Panapol” markası adı altında dekorativ tavan künclüyü, tavan göbəkliyi və isti pol üçün penoplast istehsalı və satışını həyata keçirir. Hazırda şirkətin paytaxt Bakı üzrə 3 mağazası fəaliyyət göstərir.

“Panda Boyaları” sərgi satış mağazasının ünvanı isə Abşeron Ticarət Mərkəzi, sıra 2, korpus 3, mağaza 9-10-dur.

(Telefon) 050 268 88 39

pandaboyalarMuradlımTural MirzəyevGençPanapolLİNXAbşeronTicarətMərkəzdekorativtavankünclükpenoplastverniktiner
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
marja.az

2Mənbələr