AZ

İlk “10-luq”da müəyyən yerdəyişmələr var

Dünyanın ən güclü kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.

“Football-plud.az” xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) açıqladığı reytinqdə Andrey Rublev iki pillə irəliləyib. O, buna Madriddə keçirilən “Masters” seriyalı turnirdəki qələbə sayəsində nail olub. Xatırladaq ki, Rublev finalda kanadalı Feliks Oje-Alyassimə qalib gəlib (4:6, 7:5, 7:5). Kişilər arasında reytinqin lideri Novak Cokoviçdi. 2-ci pillədə Yannik Sinner, 3-cü pillədə isə Karlos Alkaras qərarlaşıb.

Qadınların sıralamasında da ilk “10-luq”da müəyyən yerdəyişmələr var. Liderlər qrupunda isə dəyişiklik yoxdu.
Bu arada “Austalian Open”in qalibi Yannik Sinner tam bərpa olunmasa, builki “Rolan Qarros”u buraxa biləcəyini deyib. İtaliyalı ulduzun mayın 8-19-u aralığında keçiriləcək Roma turnirini buraxacağı dəqiqdi. “Rolan Qarros” isə 26 may – 9 iyun aralığında Parisdə keçiriləcək.

ATP reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 9990
2 (2). Yannik Sinner (İtaliya) 8860
3 (3). Karlos Alkaras (İspaniya) 7345
4 (4). Daniil Medvedev (Rusiya) 7195
5 (5). Aleksandr Zverev (Almaniya) 5435
6 (8). Andrey Rublev (Rusiya) 4740
7 (6). Kasper Ruud (Norveç) 4535
8 (7). Stefanos Sisipas (Yunanıstan) 3860
9 (9). Xubert Xurkaç (Polşa) 3730
10 (10). Qriqor Dimitrov (Bolqarıstan) 3605
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 10910
2 (2). Arina Sobolenko (Belarus) 7498
3 (3). Kori Qauff (ABŞ) 7313
4 (4). Yelena Rıbakina (Qazaxıstan) 6673
5 (5). Cessika Pequla (ABŞ) 4655
6 (7). Marketa Vondrouşova (Çexiya) 4090
7 (8). Çjen Sinven (Çin) 3945
8 (6). Mariya Sakkari (Yunanıstan) 3925
9 (9). Ons Jaber (Tunis) 3748
10 (10). Yelena Ostapenko (Latviya) 3493
* - əvvəlki reytinqdəki yerini göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla