AZ

Ağ Ev ABŞ-ın İsrailə yardımından danışıb

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Fələstinin HƏMAS hərəkatının liderlərini tapmaqda İsrailə kömək edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, Amerika tərəfinin Qəzza zolağındakı hərəkatın lideri Yəhya Sinouara da daxil olmaqla, HƏMAS liderlərinin məhv edilməsində Qüdsə daim kömək etdiyini vurğulayıb.

Kirbi əlavə edib ki, Vaşinqton İsrail tərəfini Qəzzanın cənubundakı Rəfah şəhərinin işğalından əl çəkməyə və problemə alternativ həll yolları hazırlamağa inandırmağa çalışır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar həmçinin Qəzza zolağında, o cümlədən Rəfahda altı həftəlik atəşkəs üçün razılıq əldə etməyə davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla