AZ

Sərdar Cəlaloğlu: Ölkə ərazisini meşəsizləşdirmək hərbi cəhətdən zəifləməyə gətirib çıxarır

"Ekologiya Azərbaycanın bir nömrəli strateji problemidir. Azərbaycan siyahıda dünyada adam başına düşən yaşıllığa görə ən axırıncı, eləcə də, içməli su ehtiyatına görə axır 40-cı yerlərdədir".

Bu sözləri Sitat.info-ya ADP sədri Sərdar Cəlaloğlu deyib. 

S. Cəlaloğlu deyib ki, içməli suyun təmin olunması da meşə örtüyünü ilə bağlıdır: 

"Su ehtiyatını artırmaq üçün yaşıllıqların artırılması lazımdır. Meşələr sadəcə olaraq meyvə və odun üçün deyil, həm də hərbi-strateji baxımdan vacibdir. Ona görə də Azərbaycan ərazisini meşəsizləşdirmək hərbi cəhətdən də zəifləməyə gətirib çıxarır. Meşə örtüyü dövlətin təhlükəsizliyi ilə bağlı bilavasitə əlaqəli bir məsələdir".

O qeyd edib ki, meşə örtüyünün qorunması ilə bağlı ciddi qərarlar verilməlidir: 

"Yaşıllığa, təbiətə vurulan ziyan üçün cərimələr müəyyən olunmalı, lazımi qurumlar bununla bağlı ciddi addımlar atmalıdır".

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
Mənbələr
Şərh ()
Bağla