AZ

"Narkomaniyaya və erkən nikahlara yox deyək!" - FOTO

Astarada Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniyaya və erkən nikahlara yox deyək!" mövzusunda məktəblilərlə görüş təşkil olunub.

Avtosfer.az xəbər verir ki, çıxış edən Astara RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Emil Mustafayev, RİH başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov və digərləri bildiriblər ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir. Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Tədbirdə həmçinin, erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.

Sonra müzakirə olunan mövzularla əlaqədar videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla