AZ

Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna parlamentinin saytında məlumat yerləşdirilib.

Qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb.

Qeyd edək ki, səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə şamil edilir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
bizim.media

2Mənbələr