AZ

Qasperini: “Qarşıda “Atalanta” tarixinin ən vacib oyunu var”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Marsel “Olimpik”i ilə Avropa Liqasının cavab yarımfinal oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, Marseldə keçirilmiş ilk oyunda komandalar 1:1 hesablı heç-heçə ilə barışmışdılar.

“Ən vacib amil kollektiv olacaq. Marseldəki ab-hava əla idi, amma indi tribunalar bizim üçün çalışmalıdır. Stadionumuz o qədər böyük olmasa da, azarkeşlər bizi həmişə gözəl dəstəkləyiblər.

Qolların dəyərinə gəlincə, qarşıda “Atalanta”nın tarixinin ən vacib qarşılaşmasıdır. Biz finala yüksəlmək istəyirik, amma başa düşürük ki, mütləq diqqətimizi saxlamalı olacağıq”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, mayın 9-da Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla