AZ

Türkiyə İsrailə qarşı sanksiyaların yumşaldılması ilə bağlı məlumatları təkzib edib

Bakı. Trend:

İsrailin Türkiyənin tətbiq etdiyi ticarət sanksiyalarınınyumşaldılması ilə bağlı iddialarının reallıqla heç bir əlaqəsiyoxdur.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bulut "X"sosial şəbəkəsində yazıb.

"İsrail xarici işlər nazirinin açıqlamaları tamamilə uydurmadır.Onların reallıqla heç bir əlaqəsi yoxdur. Biz hökumətin İsrailləticarətlə bağlı qərarını dəstəkləyirik. Qərar qüvvədə qalmaqdadır",- deyə nazir qeyd edib.

Ö.Bolat əlavə edib ki, sanksiyalar Qəzza zolağında atəşkəs vəhumanitar yardımların çatdırılması təmin olunana qədər qüvvədəqalacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla