AZ

"Barselona" ilk transferini yekunlaşdırdı

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi "Betis"də çıxış edən Quido Rodriqesi rənglərinə bağlayıb. Bu barədə "TyC Sports" məlumat yayıb.

"Barselona"nın mövsümün sonunda klubu ilə müqaviləsi başa çatan argentinalı dayaq yarımmüdafiəçisi ilə müqavilə imzaladığı bildirilir.

Qeyd edək ki, "Betis" Quido Rodriqesi 2020-ci ilin yanvar ayında Meksikanın "Amerika" klubundan transfer edib. 30 yaşlı futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla