AZ

Pakistanda hava limanında yanğın çaxnaşması- ÖZƏL

Olaylar.az xəbər verir ki, Pakistanın Pəncab əyalətində beynəlxalq hava limanında baş verən yanğın nəticəsində uçuşlar təxirə salınıb.

Pakistanın Pəncab əyalətinin paytaxtı Lahor şəhərində Əllamə İqbal Beynəlxalq Hava Limanında yerli vaxtla saat 05.20 radələrində yanğın baş verib. Uçuş əməliyyatlarının keçirildiyi ərazini tüstü bürüyərək çaxnaşma yaradıb. Qısaqapanma nəticəsində yaranan yanğına görə hava limanı boşaldıldığı halda, Həcc ziyarəti və digər beynəlxalq reyslər təxirə salınıb. Hadisə yerinə gələn qrupların təxminən 3 saat ərzində yanğını söndürdüyü və xəsarət alan olmadığı öyrənilib.

Aeroport rəsmiləri tüstünün dağılmasının vaxt aparacağını bildirərək, tüstü yox olana qədər sərnişinlərə girişi qadağan ediblər. Yanğın səbəbindən hava limanının girişindəki parkinq sahəsində də sıxlıq yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
olaylar.az

1Mənbələr