AZ

“Pivəçilər” əsas ulduzu və baş məşqçisi ilə anlaşdı

Basketbol üzrə Avroliqanın son mövsümündə hədəfinə çata bilməyən “Efes”in mətbuat xidməti amerikalı müdafiəçi Şeyn Larkinlə müqavilənin müddətinin daha 4 illiyə uzadıldığını elan edib.

“Football-plus.az” xəbər verir ki, 2018-ci ildən “pivəçilər”in formasını geyən ulduz bu müddətdə iki dəfə (2021, 2022) Avroliqanın qazanılmasına yaxından iştirak edib. Şeyn Avroliqanın başa çatmaqda olan mövsümündə hər oyunda orta hesabla 16,8 xal toplayıb, 2,8 ribaund edib, 5,1 məhsuldar ötürmə verib. Bununla belə, “Efes” pley-ində “Virtus”a uduzaraq pley-offa vəsiqə qazana bilməyib.

Klubun mətbuat xidməti indiki baş məşqçi Tomislav Miyatoviçlə müqavilənin də ikiilliyə uzadıldığını xəbər verib. Halbuki bu vəzifəyə Xavyer Paskualın gələcəyi deyilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla