AZ

Qələbə uğrunda mübarizə asan olmayıb – Bakı çempionatında qızıl medal qazan gimnast

Bakı. Trend:

Yarışda rəqiblər güclü olduğundan medallar uğrunda mübarizə asanolmayıb.

Bu barədə Trend-ə"gənclər" yaş kateqoriyasında gimnastlar arasında qadın idmangimnastikası üzrə 8-ci Bakı açıq çempionatında və Bakı açıqbirinciliyində çoxnövçülükdə iki qızıl medal qazanan Azərbaycanidmançısı Albina Əliyeva (2009-2011-ci il təvəllüdü) deyib.

"Yarışlar əla keçdi, hər şeyi bəyəndim. Bu gün mən mürəkkəbelementləri nümayiş etdirdim. Məşq çətin idi, amma medal qazanandavə yarışlarda yaxşı nəticələr əldə edəndə başa düşürsən ki, bütünsəyləri boşa getməyib. Medal qazanmaq həmişə xoşdur, hər birmükafat mənim üçün əzizdir", - deyə “Ocaq İdman” klubunun yetirməsibildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında mayın 9-10-dakişi idman gimnastikası üzrə 29-cu Bakı açıq çempionatı və Bakıaçıq birinciliyi, qadın idman gimnastikası üzrə 8-ci Bakı açıqçempionatı və Bakı açıq birinciliyi keçirilir. Yarışlarda müxtəlifyaş kateqoriyalarında iştirak edən 50-dən çox idmançı iştirakedir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
az.trend.az

1Mənbələr