AZ

Ərdoğan İsraillə bağlı qadağaları aradan qaldırıb?

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar respublikasının yəhudi dövləti ilə ticarətinə qoyulmuş bir sıra məhdudiyyətləri aradan qaldırıb".

"Unikal" xəbər verir ki,  bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib. 

"Ərdoğan bir çox ticarət məhdudiyyətlərini geri götürdü və ya ləğv etdi və dərs aydındır”, - XİN rəhbəri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraillə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə sərt fikir mübadiləsi aparıblar. 2023-cü il oktyabrın sonunda İsrail Xarici İşlər Nazirliyi “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” Ankaradan diplomatların geri çağırıldığını elan edib. Bunun fonunda Türkiyə də məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb.

Aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsraillə tikinti materialları, sənaye avadanlıqları və metallurgiya məhsulları da daxil olmaqla 54 növ malın ticarətinə məhdudiyyətlər qoyub.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
50
Mənbələr
Şərh ()
Bağla