AZ

NATO-nun köməyi olmasaydı, Ukrayna bu qədər dayana bilməzdi - Polşa

Polşanın baş naziri Donald Tusk Şimali Atlantika Alyansının (NATO) hərbçilərinin Ukrayna ərazisində olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

“NATO bu gün mümkün qədər kömək edir. NATO-nun köməyi olmasaydı, Ukrayna bu qədər uzun müddət özünü müdafiə edə bilməzdi", -o, jurnalistlərə bildirib.

Mayın 9-da NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna hakimiyyəti alyansdan münaqişə zonasına qoşun yeritməyi xahiş etməyib. O vurğulayıb ki, NATO münaqişədə birbaşa iştirak etmək niyyətində deyil.


Müəllif: Pərvin Cəfərova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
teleqraf.com

1Mənbələr