AZ

Tələsməklə iş düzəlməyəcək – Qüdrət Həsənquliyev

Tələsməklə

“Yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə islahatlar ölkə üçün təhlükəyə çevrilməyəndə bu istiqamətdə də müəyyən addımlar atılacaq”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

- Qüdrət bəy, mediada Türkiyə prezidentinin ana müxalifət partiyası CHP-nin lideri Özgür Ömeri qəbul etməsi barədə məlumat yayıldı. İndi isə onun Azərbaycana səfər edəcəyi deyilir. Belə bir səfər gerçəkləşərsə, onun Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbulu baş tuta bilərmi?

- CHP Türkiyədə yerli seçkiləri udmuş ana müxalifət partiyasıdır. Həm də Türkiyədə demokratik ənənələr formalaşıb. Ona görə bunu normal qəbul etmək lazımdır. Özgür Ömer də patiya sədri seçiləndən sonra iqtidara qarşı sərt ritorikadan imtina etdi, seçkilərin və siyasi mübarizənin xalqı parçalamalı olmadığını bəyan etdi. Ərdoğan da qarşılığında münasibətləri yumşaltmağın zəruriliyi barədə danışdı. Özgür Ömer Azərbaycan iqtidarına qarşı da CHP-nin əvvəlki möqeyindən imtina etdiyini ortaya qoydu. Bu baxımdan, o, Bakıya gələrsə böyük ehtimalla İlham Əliyev tərəfindən də qəbul olunacaq və bu baş verərsə doğru qərar olar. Bizdə Rusiya parlamentindəki müxalifət partiyalarının sədrləri də ən yüksək səviyyədə qəbul olunub. Azərbaycanın düşünən insanı üçün başqa dövlətlərin partiya sədrlərinə fərqli münasibət nə qədər ağrılı olsa da, dövlətlərarası əlaqələr üçün çox əhəmiyyətlidir.

- Azərbaycan ana müxalifət partiyasının sədrini də Türkiyə Prezidenti qəbul edərmi?

- Azərbaycanda sistemdaxili ana müxalifəti parlamentdə 3 deputatla (biri həmin partiyanın üzvü deyil) VHP təmsil edir və partiyaların (YAP qarışıq) ölkənin ictimai-siyasi həyatında rolu çox kiçikdir. Bizdə bürokratik aparat özü vahid siyasi gücə, “partiyaya” çevrilib və siyasi sitemi də bürokratik aparat təmsil edir. Ona görə real deyil ki, ana müxalifət partiyasının lideri Türkiyədə yüksək səviyyədə qəbul olunsun. Bunu bizdə, Prezident bir kənara, yüksək vəzifəli məmurlar belə etmirsə- heç telefona cavab vermirlər - qardaş ölkədən bunu gözləmək yersizdir.

- Niyə bizdə vəziyyət belədir və bunun əsas günahkarı kimdir?

- Günahkar deməzdim, amma iki əsas səbəb göstərərdim. Birincisi, xalqın inkişaf səviyyəsi və əzmkarlığı, siyasi dəyərləri müdafiə etmək gücü, siyasi mədəniyyətin aşağı səviyyədə olması və demokratik ənənələrin olmaması siyasi rəqabətin olduğu güclü siyasi sistemin qurulmasına imkan vermir. İkinci əsas səbəb isə iqtidarın islahatlara ehtiyac hiss etməməsidir.

- Müxalifətin özünün yaranmış vəziyyətdə günahı varmı?

- Yox, iqtidar istəməsə bugünkü müxalifət də olmaz.

- İqtidarın nə zamansa islahatlar aparacağını düşünürsünüzmü?

- İnanıram ki, bu, bir gün mütləq baş verəcək. İlham Əliyevin heç vaxt torpaqları işğaldan azad etməyəcəyini deyirdilər, amma mən inanırdım ki, ilk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək. İndi də inanıram ki, yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə islahatlar ölkə üçün təhlükəyə çevrilməyəndə bu istiqamətdə də müəyyən addımlar atılacaq. İqtidar islahatların ölkəyə kənar müdaxilələrə və vətəndaş qarşıdurmasına yol açacağından ehtiyat edir.

- Çindəki kimi siyasi islahatlara getmədən iqtisadi azadlıqları genişləndirmək olmazmı?

- Çində, bizdən fərqli olaraq formal da olsa çoxpartiyalı sistem yoxdur. İnternet üzərində ciddi senzura var. Bizdə düşünürlər ki, iqtisadi azadlıqlar siyasi islahatları qaçılmaz edəcək. Ona görə rentabelli olmayan dövlət müəssiələri özəlləşdirilmir. Çalışırlar dövlət idarə, müəssisə və təşkilatlarında işləyənlərin sayı çox olsun, orta sahibkarlar şərik, yaxud müflis edilir və s. Tələsməklə iş düzəlməyəcək. Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. Bir türk məsəlində deyilir ki, hər şey dəyişir - bəzən bir nəfərlə, bəzən zamanla.

Xalqcebhesi.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
214
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44457
Abdullahianın cəsədi tapıldı - FOTO
33096
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24781
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20174
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17870
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8212
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6966
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5923
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5379
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5070
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3973