AZ

Xəzərdə yaradılacaq süni torpaq sahələrindən KİMLƏR İSTİFADƏ EDƏ BİLƏCƏK? - AÇIQLAMA

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib.

 

Parlamentin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Bu sahələrdən hansı məqsədlər üçün istifadə oluna bilər? Süni torpaq sahələri hansı əraziləri əhatə edəcək? Bu sahələr şəxsi istifadə üçün nəzərdə tutulur yoxsa dövlət mülkiyyətində ola bilər?


Milli Məclisin deputatı Fazil Mustafa Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“Bu sahələr, əsasən, iqtisadi səmərəlilik baxımından nəzərdə tutulub. Burada dövlət mülkiyyət hüququ və eyni zamanda istifadə və icazə hüququ da mövcud ola bilər. Əsasən, bunlar dövlət qurumunun, müvafiq dövlət orqanının razılığı ilə yaradılmalıdır. Bu da hr hansısa bir şəkildə özününküləşdirilə bilmir. Əsasən, bu sahələr dövət mülkiyyətində olur. Dövlət mülkiyyətindən istifadəyə icazə və ya icarə hüququ formasında sahibkarlar istifadə edə bilər”.


Deputat bildirib ki, Xəzər dənizində süni torpaq sahələrinin salınması hər nə qədər müsbət tendensiya olsa da, burada müəyyən məhdudiyyətlər də var.


“Əgər süni torpaq sahələrinin yaradılması dəniz üzgüçülüyünə mane olursa, mütləq şəkildə bunun da üzərində düşünülməlidir. Bütün hallarda iqtisadi səmərəlilik baxımından bu adaların formalaşması nəzərdə tutulur. Burada infrastruktur qurulacaq və turizm potensialının artırılması üçün də bu layihə olduqca əlverişlidir. Bu qanun layihəsi iqtisadiyyatın çoxşaxəli inkişafına töhfə vermək üçün qəbul olunub”.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rəşad İsmayılov deyib ki, layihəyə dövlətin deyil, investorların cəlb edilməsi nəzərdə tutulur. Ancaq infrastrukturdan danışmaq hələ tezdir. Eyni zamanda, tikintinin həm hüquqi, həm də fiziki şəxslərin istifadəsinə veriləcəyi ehtimal edilir:


"İlk dəfə olaraq belə adaların hələ 2011-ci ildə Qaradağ rayonunda neft bumu və iqtisadi canlanma dövründə yaradılması qərara alınmışdı. Layihə "Khazar Island" adlanırdı və sonra bütöv bir şəhər tikilməli idi. Onun dayandırılmasının səbəbləri müxtəlif olub - ərizənin gec verilməsindən və kredit vəsaitlərinin sahibi tərəfindən mənimsənilməsindən tutmuş, rentabelsizliyə qədər. İndi yarımçıq qalan layihə dövlətin balansındadır. Ancaq ilk uğursuzluğa baxmayaraq, bizdə məsələni ortada buraxmamağa qərar verilib. Yeri gəlmişkən, hazırda Nardaran kəndində "Sea Breeze Resort" sağlamlıq kompleksinin ərazisində süni adanın yaradılması istiqamətində işlər aparılır və burada gəmi formalı mehmanxana tikilir".  

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
171
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating