AZ

"Qarabağ" önünə çıxmayacağı üçün hər kəsdən üzr istədi

“Zirə”nin qolkiperi Tiaqo Silva Sportinfo.az-a açıqlama verib.

Əcnəbi qolkiper ilk olaraq Premyer Lİqanın 33-cü turunda “Turan Tovuz”u məğlub etdikləri matç haqqında danışıb:

“Çətin oyunda vacib qələbə qazandıq. Baxmayaraq ki, nümayiş etdirdiyimiz oyun ən yaxşı performansımız deyildi. Amma mühüm olan sona kimi mübarizə aparıb vacib qələbə qazanmaq idi. İndi növbəti oyunlara rahat hazırlaşa bilərik”.

“Zirə” qələbə qazansa da sonluqda bir hadisə klubda hər kəsi üzdü. Söhbət baziliyalı qapıçının son dəqiqələrdə adığı sarı vərəqədən gedir.

O, bununla da sarı vərəqə limitini doldurduğu üçün növbəti turda “Qarabağ”a qarşı meydana çıxmayacaq. Tiaqo on anda yaşdığı hisləri bizimlə bölüşüb:

“Qarışıq emosiyalar idi. Mövsümün bütün oyunlarında meydanda olmağı qarşıma hədəf qoymuşdum. Belə halın baş verməsi görə böyük məyusluq hiss keçirirəm. Hakimlərlə danışığa görə cəzalanmağı istəməzdim. Ələlxüsus da həmin sarı vərəqə məni nöcvbəti oyundan məhrum edirsə heç istəməzdim. Bu mənim səhvim oldu, amma bir oyunçu kimi inkişafımın bir hissəsidir. “Qarabağ”la oyunda komandama kömək edə bilməyəcəyimə görə komanda yoldaşlarım və azarkeşlərdən üzr istəyirəm”.

XANOĞLAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
sportinfo.az

2Mənbələr