AZ

Sülh COP 29 ərəfəsi baş tuta bilər - gözlər Cənubi Qafqazda ikən...

Rəsmi İrəvanın dəyişən mövqeyi müsbət dinamikaya ümid yaradır, amma revanşistlər pozuculuq meyllərindən əl çəkmir; deputatlar və siyasət adamlarından ilginc açıqlamalar

2024-cü ildə sülh müqaviləsinin imzalanmasına ümidlər artır. Əslində Azərbaycan çoxdan sülh müqaviləsi imzalamağa hazırdır və bunu dəfələrlə bəyan edib. Ancaq Ermənistanın vaxtaşırı təxribatları, sülhdən yayınması səbəbindən postmüharibə dövründə buna nail olunmayıb.

 İndi isə görünən budur ki, Azərbaycanın apardığı ardıcıl və doğru siyasət nəticəsində Ermənistan və onun havadarları sülh müqaviləsini imzalamaqdan başqa çıxış yolu qalmadığını dərk edirlər. Bu yöndə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 7-də verdiyi açıqlama da diqqətçəkəndir. “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər bağlana bilər”, - deyə Paşinyan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Ermənistanın baş naziri həmçinin iki ölkə XİN başçısının Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir (nazirlərin görüşü mayın 10-da baş tutacaq-red.) Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev hələ mart ayında sülhün anonsunu vermişdi. “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik”, - deyə Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirmişdi: “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymağın vaxtı yetişib”. Beləliklə, düşünmək olur ki, Azərbaycan və Ermənistan arasında sülhlə bağlı prinsipial razılıqlar var. Təbii, diplomatik baxımdan detalların açıqlanmaması normaldır. Fakt bundan ibarətdir ki, Azərbaycana Ermənistan sülhlə bağlı bugünədək dəfələrlə təkliflər verib və cavablar alıblar. Əsas məsələlərin razılaşdırıldığı da bəyan edilib. Mayın 10-da XİN başçılarının görüşündə də müəyyən razılaşmalar olacağını gözləmək olar. Daha sonrakı mərhələdə isə sürətli bir proses aparıla bilər - əgər noyabr ayınadək sülhə nail olmaqdan söhbət gedirsə, bunun COP29 ərəfəsində baş tutması daha praqmatikdir. Dünyanın bütün diqqətinin Azərbaycanda olduğu bir vaxtda sülhün imzalanması olduqca mühüm bir proses kimi qiymətləndirilir. Rəsmi İrəvanın dəyişən mövqeyi müsbət dinamikaya ümid yaradır, amma revanşistlər pozuculuq meyllərindən əl çəkmir. Ekspertlərimizn gözləntiləri nədir? Sülh prosesinin bu dəfə pozulmaması, xarici təsir dairələrinin Ermənistana müdaxiləsinin olmaması üçün tərəflər hansı addımları atmalıdır?


Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara toxundu: “Ermənistanın baş naziri son mətbuat konfransında hər yerdə olmasa da, çox yerdə, obrazlı desək, azərbaycanca danışdı. Yəni həm baş verənləri düzgün qiymətləndirdi, həm də doğrudan da sülhə hazır olduqlarını sərgilədi. O, delimitasiya haqda açıqlamaları ilə açıqca bildirdi ki, Azərbaycanın indiyədək apardığı savaş və döyüşlər tam legitim olub. Görünür, qarşı tərəfin reallığı bütün çılpaqlığı ilə dərk etməyə başladığını sezmənin nəticəsi idi ki, Azərbaycan Prezidenti də son zamanlar bir neçə dəfə heç vaxt olmadığımız qədər sülhə yaxınlaşdığımızı bildirirdi. Və bu, məhz Azərbaycanın yaratdığı reallıqlar, ABŞ səfirinin Şuşaya səfərindən də göründüyü kimi, onu həzm etməyənlərə həzm etdirməsi nəticəsində, qarşı tərəfə revanşizm üçün fürsət tanımamaq, onun havadarlarına isə iki ölkə arasında "konflikt idarəçiliyi"nin də statusun arxasınca göndərildiyini anlatmaqla baş verir. Beləliklə, demək olar ki, Paşinyan və komandası doğrudan da sülhə, ən azından çərçivə sənədinin imzalanmasına hazır kimi görünürlər. Və hər iki ölkənin xarici işlər nazirlərinin mayın 10-da Ulu öndərin anadan olduğu gündə bir araya gəlmələrində mən bu baxımdan bir rəmzilik görürəm. Mümkündür ki, məhz bu görüşdən sonra sülh anlaşması ilə bağlı daha konkret açıqlamalar olacaq". S.Alıyevin sözlərinə görə, Qriqorian kilsəsinin qara keşişlərinin hərəkətə gətirilməsi, eyni zamanda Fransanın müəmmalı şəkildə susması onu göstərir ki, Minsk Qrupuna həmsədrlik etmiş dövlətlər də bundan xəbərdardırlar və onlardan ən azı ikisi ikitərəfli danışıqlar formatı çərçivəsində əldə edilən uğurlardan qətiyyən razı deyillər: “Yəni maneçiliklər olacaq, indi hər şey Paşinyanla komandasının bu maneçilikləri dəf edib-edə bilməyəcəklərindən asılıdır”.


 Arzu Nağıyev 

Deputat Arzu Nağıyev bu barədə açqlamasında öncə rəsmi İrəvanın mövqeyindən bəhs etdi: “Ermənistan tərəfi dəfələrlə qeyd edib ki, sülh sazişinin imzalanmasına çatmaq üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır. İki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına da ümidlə baxılır. Məlumdur ki, tam sülhə nail olmaq və onu qanuni şəkildə tənzimləmək üçün Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalı, konstitusiyada müvafiq dəyişikliklər edilməlidir. Bu istiqamətdə də bir sıra işlər görülür. Belə ki, Paşinyan hakimiyyəti elan edib ki, köçkünlərə dəstək üç istiqamətdə həyata keçiriləcək: mənzil tikintisi, ev və ya mənzillərin alınması və köçkünlərə ödənilməmiş ipoteka kreditləri üçün dəstəyin göstərilməsi. Bundan başqa, son təxribatlara qoşulmamaq onlara tövsiyə edilib, əks halda, bu təzminatlar dayandırıla bilər. Təbii ki, konstitusiya ilə bağlı da vaxt gələndə dəyişikliklər edilməlidir, əks halda, sülhün bərqərar olması çətin olacaq”. 

A.Nağıyevin sözlərinə görə, sülh müqaviləsinin imzalanması vasitəçilərsiz daha tez baş verəcək: “Buna baxmayaraq, artıq aydın olur ki, ciddi proseslər gedir və bunlar da aşağıdakı kimi görünür: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası; 40-a yaxın sərhəd dirəklərinin basdırılması və əsassız etirazların hökumət tərəfindən yatırılması. Təbii ki, gözlənilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşü, artıq Ermənistan-Azərbaycan danışıqlarında ABŞ-ın dolayı şəkildə iştirakı və Blinken prosesdə öz zəngləri ilə şəxsən iştirak etməsi. Bir sözlə, sülh müqaviləsinin imzalanmasına ümidlər artıb və sülh müqaviləsinin imzalanmasının COP29 ərəfəsində baş tutması mümkündür...”

Akif

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə qeyd etdi ki, bu günə qədər sülh prosesi Ermənistanın əsassız iddiaları və bəzi xarici müdaxilələr səbəbi ilə nəticə verməyib: “İndi vəziyyətin xeyli dəyişdiyi müşahidə olunur. Ermənistan rəhbərliyi sülhün onların təhlükəsizliyi üçün vacib olduğunu başa düşür. Düzdür, onlar bu təhlükəni həmişə Azərbaycan və Türkiyə ilə bağlamağa çalışıblar. Əslində onlara bizim tərəfimizdən heç vaxt təhlükə olmayıb. Hər halda, artıq bunu anlamağa başlayıblar, hətta bizimlə "düşmənçiliyi sıfır həddinə endirmək"dən danışırlar. Paşinyan və komandası daxildəki hay-küy salanlara əhəmiyyət vermədən prosesi davam etdirir. Onların anlamında delimitasiya və demarkasiya sülh üçün əsas olacaq, bunu başa düşmələri yaxşıdır. Deməli, Ermənistanın daxilində sülhə doğru addımların atılacağı ehtimalı böyükdür. Xarici amillərlə bağlı da uyğun şərait yaranıb, prosesə bu günə qədər mane olablar geri çəkilib. Rusiya Azırbaycan və Türkiyə amilinin təsiri altında əvvəlki mövqeyini dəyişib". A.Nağı digər qüvvələrdən də bəhs etdi: “ABŞ sülhə mane olmaq imkanında deyil. Fransa inadlı görünür, amma nəsə etməyə gücü çatmayacaq. Ona görə də xeyli optimist ola bilərik. Üstəlik, Paşinyan artıq Azərbaycan Prezidentinin müəyyən etdiyi mövqeyə uyğun hərəkət etməyə başlayıb. Prezident İlham Əliyev bir müddət əvvəl bildirdi ki, noyabra qədər sülh müqaviləsi imzalana bilər. Paşinyan dünən həmin tezisi olduğu kimi təkrar etdi. Almatı görüşündə bu yöndə ciddi sıçrayış ola bilər. Ən azından yekun sənədin hazırlanması üçün işçi qrupun yaradılacağı gözləniləndir. Bütün hallarda, prosesin irəli gedəcəyinə ümidlər çoxdur. Bunun üçün tərəflər vasitəçisiz prosesi davam etdirməli, kənar müdaxilələrə imkan verməməlidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44361
Abdullahianın cəsədi tapıldı - FOTO
32821
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27227
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24773
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20159
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17834
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15162
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8094
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6976
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6929
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5919
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4986
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4465
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965