AZ

Azərbaycanda hansı dövrdə mənzil qiymətləri daha çox bahalaşır? - AÇIQLAMA

Bakı. Trend:

Hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsada yüksək deyil, cari vəziyyətə uyğundur. Mənzil bazarında yüksəkqiymət artımı ilə bağlı bəzən yayılan məlumatlar həqiqəti əksetdirmir.

Bunu Trend-ə əmlakməsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, yüksək qiymət artımı ilin əvvəlində qeydəalınmışdı.

“2024-cü ilin yanvar ayında ipoteka kreditlərinin verilməsindənsonra bazara kütləvi sürətdə alıcı cəlb olundu. Alıcıların cəlbolunması təbii ki, qiymətlərə də təsir elədi. Bu qiymət artımıyalnız ipoteka predmentinə çevrilə bilən əmlaklara şamil olundu. Buhal fevral-mart aylarında baş verdi və ondan sonra qiymətlərsabitləşdi. Ancaq hazırda bazarda vəziyyət sabitdir. Doğrudur,qiymət artan xətt üzrə gedir, lakin az formada artır”, - deyəekspert bildirib.

E.Fərzəliyev vurğulayıb ki, hazırda artım sadəcə həyət evlərindəmüşahidə olunur.

“Həyət evlərinə tələb olduğu üçün qiymət artımına gətiribçıxarır. Bu da mövüsmi xarakter daşıyır və hər il bu hal müşahidəolunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymətartımı da olacaq”, - deyə qeyd edib.

Ekspert deyib ki, növbəti il ipoteka kreditləri verilən zamanyenə qiymət artımının olacağı ehtimal edilir.

“Bu hal hər il müşahidə olunur, ipoteka kreditləri verilən zamanbazarda aktivlik artır və bu da təbii ki, qiymətlərin artmasınasəbəb olur”, - deyə o əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
7
az.trend.az

7Mənbələr