AZ

İrəvandakı etiraz aksiyalarından YENİ GÖRÜNTÜLƏR - FOTO

Xəbər verdiyimiz kimi, aprelin ortalarından başlayaraq, erməni kilsəsinin Tavuş vilayəti yeparxiyasının yepiskopu Baqrat Qalstyanın başçılığı ilə anti-Paşinyan aksiyaları başlayıb. 

Məlumata görə, o, Ermənstanın keçmiş prezidenti Robert Koçaryanla görüşəndən sonra belə bir aksiyanın təşkilinə qərar verib.  Beləliklə, Tavuşda dəstək ala bilməyən, biabırçılığa məhkum olan yepiskop istiqaməti paytaxta çevirib.

Musavat.com xəbər verir ki, teleqram kanallarında Qalstanyanın İrəvana yürüşü ilə bağlı yeni görüntülər paylaşılıb.

Belə ki, hazırda etirazçılar İrəvanın Respublika Meydanında keşiş Baqratın yürüşçülərini  gözləyir.

Untitled-18.jpg

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi altında “Vətən naminə” müxalifət hərəkatının qarşıdan gələn mitinqi fonunda asayişi və konstitusiya quruluşunu pozmamaq barədə xəbərdarlıq edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
42
Mənbələr
Şərh ()
Bağla