AZ

Türkiyənin İsrailə tətbiq etdiyi sanksiyalar yumşaldılıb?


İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzza zolağında yaranmış vəziyyətlə bağlı yəhudi dövləti ilə ticarətinə tətbiq etdiyi bir sıra məhdudiyyətləri artıq aradan qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, nazir bunu “X” sosial media hesabında yazıb.
Türkiyənin ticarət naziri Ömər Bolat bildirib isə ki, İsrail tərəfinin Ankaranın tətbiq etdiyi ticarət sanksiyalarının guya yumşaldılması ilə bağlı iddiaları uydurmadır və reallıqla heç bir əlaqəsi yoxdur.
“İsrail xarici işlər nazirinin açıqlamaları tamamilə uydurmadır. Onların reallıqla heç bir əlaqəsi yoxdur. Biz hökumətin İsraillə ticarətlə bağlı qərarını dəstəkləyirik. O, qüvvədə qalır. İsrailin Qəzzaya hücumlarının dayandırılması, daimi atəşkəsin təmin edilməsi və humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı şərtlərimiz yerinə yetirilənə qədər İsraillə ticarətin dayandırılması qüvvədə qalacaq”, - nazir özünün “X” hesabında yazıb.
Qeyd edək ki, aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsraillə tikinti materialları, sənaye avadanlıqları və metallurgiya məhsulları da daxil olmaqla 54 növ malın ticarətinə məhdudiyyətlər qoyub. Mayın 2-də nazirlik İsraillə ixrac-idxal əməliyyatlarının tamamilə dayandırıldığını elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla