AZ

İkitərəfli danışıqlar - Bakı və İrəvan arasında sülh sazişinin əldə olunmasının açarıdır

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyaprosesinin başlanılması iki ölkə arasında nizamlanmada mühümirəliləyiş olub. Aprelin 19-da iki ölkənin komissiyalarınınkeçirdiyi iclas zamanı Ermənistan Azərbaycanın Qazax rayonunun dahaöncə işğal olunmuş 4 kəndinin qaytarılmasına razılıq verib.

Bu proses Bakı ilə İrəvan arasında birbaşa ikitərəflidanışıqların dəqiq nəticə verdiyinin bariz sübutudur, eyni zamandaxarici aktorların iştirakı ilə danışıqların yalnız sonsuz növbətigörüşlərdə müzakirə olunması gərəkən mənasız bəyanatlar və“nəticələr”ə gətirir.

Azərbaycan dəqiq olaraq regionda sülhə yönəlib, bununla bağlıhətta ən yüksək səviyyədə ictimai bəyanatlar səsləndirilib. Ölkəhəmçinin, sırf ikitərəfli əsasda regional məsələlərin həllinəçağırıb. Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması iləbağlı bəyanatları əməlləri ilə təsdiqlənib və təsdiqlənir. Hərfürsətdə Qərb aktorlarını prosesə cəlb etməyə çalışan Ermənistanbarədə bunu demək olmaz.

Polşalı politoloq, siyasət elmləri namizədi Yakub KoreybaTrend-ə komissiyanın görüşününnəticələrini şərh edərkən deyib ki, sərhədin delimitasiyası vədemarkasiyası dövlətlər arasında münasibətlərin normallaşmasınadoğru addımdır.

“Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sərhədindelimitasiyasına başlanılması haqqında saziş - tarixi hadisədir. Budeməkdir ki, iki dövlət arasıənda qeyri-konstruktiv, münaqişəlimünasibətlər konstruktiv, normal ikitərəfli münasibətləristiqamətində irəliləyir. Yəni, bu hər iki tərəfin bir-birininmüstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tanıması və hörmətləyanaşması anlamına gələn normallaşma prosesinin başlanğıcıdır. Buhəqiqətən Cənubi Qafqazda tarixi irəliləyişdir”, - deyə obildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındamünasibətlərin normallaşması həmçinin əlaqələrin qurulmasına xariciqüvvələrin cəlb edilməsindən imtinanı nəzərdə tutur. Axı Ermənistanuzun illə ərzində bu məsələni faktiki olaraq beynəlxalq siyasətsəviyyəsinə çıxarıb, yəni bunu xarici qüvvələrin qərarlarındanasılı vəziyyətə salırdı.

“Ermənistan hazırda bundan imtina etmir. Sadəcə olaraq birxarici tərəfdaşı, Rusiyanı digərinə, Fransaya dəyişir. Ermənistanbu yanaşmadan əl çəkməyənə qədər sülh müqaviləsinin imzalanmasımümkün olmayacaq. Çünki sülh müqaviləsi Ermənistan və Azərbaycanınmaraqlarına cavab verir, lakin xarici qüvvələrin maraqlarındadeyil”, - deyə Koreyba qeyd edib.

Polşalı politoloq qeyd edib ki, uzun zaman ərzində xariciqüvvələr Ermənistanı revanşizm, təcavüzə təhrik ediblər və sülhədeyil, münaqişənin gərginləşməsinə şərait yaradıblar.

“Yəni, bu qüvvənin konkret kimliyindən asılı olmayaraq, xareiciqüvvələrin marağına hansısa gərginlik, münaqişə gözləntisi,potensial müharibə daxildir. Yalnız Ermənistan Azərbaycanlamünasibətləri ikitərəfli əsasda qurmağa başlayacağı zaman möhkəm vəstrateji perpektivə nəzərdə tutulan sülh sazişinin imzalanmasımümkün olacaq”, - deyə o əlavə edib.

Əminliklə demək olar ki, Ermənistanın Azərbaycanla normallaşmaprosesinə üçüncü tərəfləri cəlb etmək cəhdləri regionda tezliklsülhün əldə olunmasına xidmət ertməyəcək, əksinə, uzunmüddətlidanışıqlar prosesinə gətirəcək. Çünki, artıq gördüyümüz kimi,üçüncü tərəflərin maraqları regionda sülhün bağlanmasından deyil,öz məqsədlərinə nail olmaqdan ibarətdir.

Öz növbəsində Romanın La Sapientsa Universitetinin nümayəndəsi,geosiyasət sahəsində ekspert Valentina Şabert Trend-ə bildirib ki,Azərbaycan və Ermənistan biri-biri ilə münasibətlərinnormallaşmasına hər gün daha da yaxınlaşırlar.

“Ölkələrin delimitasiya məsələləri üzrə komissiyanın 8-cigörüşün nəticələrini regional sabitliyin əldə olunması məqsədiləuğurlu və müsbət dəyərləndirmək olar. Hesab edirəm ki, bu iştirakçıölkələr arasında ikitərəfli danışıqların səmərəli və produktivolmasının nümunəsidir. Beləliklə, əgər diplomatiya eyni şəkildədavam edərsə, biz gələcəkdə və digər məsələlərdə iki ölkə arasındada oxşar hadisələri görəcəyimizə ümid edə bilərik", - deyə obildirib.

Şabert əlavə edib ki, realist və qərəzsiz təhlil göstərir ki,hələ bir çox məsələlər müzakirə edilməlidir.

"Eyni zamanda diplomatiyaya nəticə əldə etmək üçün vaxt tələbolunur. Hər halda, yaxın aylarda sülh müqaviləsi imzalanmasa da,ölkələrin delimitasiya komissiyasının 8-ci görüşü şəklində başverən müsbət hadisələr regionun ilk imkanda sabitlik, sülh vəinkişaf əldə edəcəyinə ümid verir", - deyə italiyalı ekspert əlavəedib.

Beləliklə, aydın olur ki, məhz ikitərəfli dialoq iki ölkəarasında normallaşma prosesində uğurlara səbəb ola bilər.Azərbaycanla sülh sazişi və regionda nəqliyyat kommunikasiyalarınınaçılması sayəsində Ermənistan öz münasibətlərini, qonşularlaticarəti inkişaf etdirə, regional layihələrdə iştirak edə biləcəkki, bu da ölkəyə böyük iqtisadi fayda gətirəcək.

Buna görə də İrəvan regionda öz məqsədlərini güdən üçüncütərəflərin normallaşma prosesinə cəlb edilməsi cəhdlərindən imtinaetməli və ölkəsinin gələcək inkişafı və xalqının rifahınınyaxşılaşdırılması üçün ikitərəfli əsasda Azərbaycanla danışıqlarmasasına oturmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
az.trend.az

2Mənbələr