AZ

Azərbaycan mövqelərini möhkəmləndirir



Bu gün Azərbaycan özünün Avropa ölkələri ilə əlaqələrini həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Artıq bir çox Avropa ölkələri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda Avropa İttifaqının 10 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var. O cümlədən uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətləri olan ölkələrdən biri də Bolqarıstandır. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmış və bu gün sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir. Əlbəttə ki, iki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında da müəyyən etmək olar. O cümlədən Bolqarıstan Prezidenti cənab Radevin bu ilin may ayının 8-də Azərbaycana növbəti rəsmi səfəri də ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu bir daha isbatlayır. Bütün bu məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda öz əksini tapmışdır.

Öz çıxışında cənab Prezident bildirmişdir ki, Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır. Bundan da başqa Bolqarıstan bu gün artıq qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Lakin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu təkcə qaz təchizatı ilə məhdudlaşmır. Hazırda Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi də özünü göstərəcək. Bunun üçün ölkəmizin potensialı kifayət qədər böyükdür.

Prezident Radevin ölkəmizə səfəri çərçivəsində imzalanmış mühüm sənədlər – “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” Azərbaycan ilə Bolqarıstan arasında əlaqələri daha da genişləndirəcək və möhkəmləndirəcək.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38737
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24264
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14889
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14577
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Abdullahianın cəsədi tapıldı - FOTO
10714
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7834
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6526
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5713
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4837
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3436
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3344
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2392