AZ

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!

Gecə tərləməsinin səbəbləri 
Gecə yuxu əsnasında paltarları, hətta yatağı belə, isladacaq qədər tərləməyə gecə tərləməsi deyilir. Xüsusilə, klimaks dönəmini  keçirən qadınlarda bu cür tərləmələrə tez-tez rast gəlinir. Bundan əlavə, diabet və xərçəng əlaməti də ola bilər.  Ümumiyyətlə, yaş və cinsiyyət fərqi olmadan gecə tərləməsinin baş vermə ehtimalı  var. 
 Klimaks dönəmində baş verən hormonal dəyişikliklər, müxtəlif növ xəstəliklər gecə tərləməsinin səbəblərindəndir. Bu tərləmə o qədər şiddətli olur ki, insanı yuxudan oyadır.  Normal tərləmə bədən temperaturunun nizamlanmasına xidmət edir. Xüsusən, soyuqdəymə ehtimalı yüksəkdirsə, orqanizm tərləməklə özünü müdafiə edir.  Gecə tərləmələri bəzən qəfildən yüksələn temeperatur, dəridə qızarıqlıq və sürətlənən ürək ritmi ilə müşayiət olunur. 

 Gecə tərləməsinin səbəbləri sırasında qastro-ezofageal reflyuks xəstəliyi, diabet, hormonal dəyişikliklər, infeksiya, stress, nevroloji problemlər dayanır.   Tərləmənin əsas səbəbi aşkar edildikdən sonra müalicə başlaya bilər.  

 Gecə tərləməsinin ən geniş yayılmış səbəbləri bunlardır: 
o Klimaks; 
o Aybaşı öncəsi sindrom; 
o Hamiləlik; 
o Qanda şəkərin səviyyəsinin aşağı düşməsi; 
o Qastro-ezofageal reflyuks xəstəliyi; 
o Yuxu apnesi; 
o Qrip; 
o Müxtəlif xərçəng  növləri;
o İflic; 
o Tiroid problemləri; 
o Bəzi antidepressantlar, steroidlər, ağrıkəsicilər kimi dərmanlar; 

Gecə tərləmələri kişilərə nisbətən qadınlarda daha tez-tez yaşanır. Estrogen və proqestron kimi cinsi hormonlarla bağlı hormonal dəyişikliklər, klimaks qadınların qəfildən istilik hiss etməsinə səbəb olur.  Qəfil istiliyin qalxması bəzən orqanizmin öz temperaturunu nizamlamaq üsuludur-bunu da yaddan çıxarmaq olmaz. 

 Gecə tərləmələrinin ən geniş yayılmış əlamətləri sırasında öskürək, dəridə qızarıqlıq, qəfildən qalxan qızdırma da var. Ümumiyyətlə, əlamətlər belə sıralanır: 
 Səbəbi bilinməyən sürətli arıqlama; 
 Qızdırma; 
 Öskürək; 
 İshal; 
 Müəyyən bir nahiyədə ağrı; 
 Sürətlənən ürək ritmi; 


Gecə tərləməsinin kökündə dayanan səbəbi tapmaq, ona uyğun müalicə təyin etmək mütəxəssis işidir. Odur ki, bu vəziyyət  yaşanırsa, həkimə müraciət etməkdə gecikməyin. 

Gecə tərləməsi necə müalicə olunur? 

Əvvəlcə, problemin səbəbi tapılır, sonra müalicə başlanır. Əgər problem klimaksla əlaqədardırsa,  hormon müalicəsi aparılır.  Təbii ki, hormon müalicəsinin əks təsirləri də var. Məsələn; hormon qəbulu sümüklərin kiçilməsinə, vaginal quruluğa  səbəb olur. Gecə tərləmələrini müalicə etmək üçün istifadə olunan dərmanlar bu cür sıralanır: 
1) Antikonvulsant (antiepileptik) dərmanlar-özündən getmə hallarının qarşısını almaq üçün; 
2) Antidepressantlar-istilik basmalarını önləmək üçün; 
3) Klonidin,  təzyiq əleyhinə dərmanlar, diqqət əksikliyi zamanı içilən dərmanlar, hiperaktivlik əleyhinə dərmanlar, əndişəni azaltmaq üçün dərmanlar; 
4) Megestrol, döş və uşaqlıq xərçənglərini müalicə etmək, iştahı artırmaq, sürətli arıqlamağın qarşısını almaq üçün istifadə edilən dərmanlar; 
5) Oksibutinin dərmanları, sidik sistemi narahatlıqlarını müalicə etmək üçün istifadə edilən dərmanlar; 

Gecə tərləməsinin qarşısını almaq üçün evdə nə etmək olar? 
Səbəbindən asılı olmayaraq, yuxunun keyfiyyətini yüksəltmək haqqında düşünmək lazımdır.  Yatağın sərinliyini qorumaq, gecə tərləməsinin qarşısını almaq üçün bu üsullardan istifadə edə bilərsiniz: 
 Gecə boyunca yanınızda soyuq su saxlayın; 
 Yatarkən nazik və tərlətməyən paltarlar geyinin; 
 Hər gün idman edin; 
 Gecə durub dəyişə bilməyiniz üçün yanınıza yataq örtüyü qoyun; 
 Yatmamışdan qabaq nəfəs təlimləri və meditasiya edin; 
 Yastığınıza və yatağınıza soyutma jeli qoyun; 
 Yataq otağı ventilyatorundan istifadə edin; 
 Ədviyyatlı  qidalardan, kofeindən və siqaret kimi gecə tərləmələrini artıran səbəblərdən uzaq durum; 
 
Gecə tərləmələri haqqında ən çox soruşulan suallar bunlardır: 
1. Gecə yatarkən boyun tərləməsi nədən olur? –seçilən yastığın materialından asılı olaraq, boyun tərləməsi yaşana bilir. Bundan əlavə, geyinilən paltarlar da tərləmələrdə  mühüm rol oynayır; 
2. Kişilərdə gecə tərləmələrinin səbəbləri nələrdir? –andropoz dönəmində olan kişilərdə gecə tərləmələri çoxalır;

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla