AZ

Əminə Ərdoğandan İsrailə: "Heç bir siyasi ideologiya zülmü ehtiva etmir"

"İsrail yeni hərbi cinayətlər və qırğınlar törətməkdə davam edir".

Bakıvaxtı.az "Hurriyet"ə istinadən bildirir ki, bununla bağlı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan "X" platformasındakı hesabında paylaşım edib. 

O, bildirib ki, Qəzza bölgəsində 7 aydır davam edən soyqırım nəticəsində 1,5 milyona yaxın fələstinli öz evlərindən didərgin düşüb.

"Fələstin xalqının humanitar yardımla əlaqəsini kəsmək və atəşkəs danışıqlarına kölgə salmaq məqsədi daşıyan Rəfah hücumları bizi bir daha sarsıtdı. Mülki əhalinin sığındığı xəstəxanalar, məktəblər, ibadət yerləri və düşərgələr hədəfə alınıb. Günahsız insanların, o cümlədən qadınların, uşaqların, qocaların xəstəliyə, aclığa məhkum edildiyi vəhşiliyə son qoyulmalıdır. Heç bir siyasi ideologiya zülmü ehtiva etmir. 

Fələstinin layiq olduğu sülhü tapmasını arzulayıram. Fələstinli qardaş və bacılarımızın övladlarını aid olduqları torpaqda sülh və əmin-amanlıq içində böyüdəcəkləri gün gələnə qədər mübarizəmizdən əl çəkməyəcəyik" - deyə Ə. Ərdoğan vurğulayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla