AZ

“SOS” MMC 9 May-Qələbə günü münasibətilə ilə keçirilən ümumrespublika tədbirində iştirak edibFOTO

9 May - faşizm üzərində tarixi Qələbənin 79-cu ildönümü kimi qeyd edilir.

“İki sahil” xəbər verir ki, bu münasibətlə peşəkar mühafizə xidməti “Security Operation Services” (“SOS”) MMC-də çalışan birinci və ikinci Qarabağ müharibəsi veteranları Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları ilə birgə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət ediblər. 

Partizanın abidəsi önünə gül dəstələri qoyulub. Tədbir iştirakçılarına qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib, onun göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Mehdi Hüseynzadənin apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. Sonda Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Tədbir iştirakçıları daha sonra Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb.

Ardınca tədbirə qatılanlar Şəhidlər xiyabanına yollanıblar. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər.

“SOS” MMC-nin direktoru Anar Məmmədov Həzi Aslanovun adını daşıyan nəvəsi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla ayaqüstü söhbət zamanı H. Aslanovun faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verdiyini, bu Qələbənin qazanılmasında çox böyük payı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan xalqı artıq dördüncü ildir ki, faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44497
Abdullahianın cəsədi tapıldı - FOTO
33168
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27641
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24786
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20180
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17899
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11788
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8241
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6969
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5927
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5387
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5096
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4469
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3977