AZ

“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Bakı. Trend:

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən“Kəpəz” - “Qəbələ” matçında baş verən hadisə ilə bağlı üç nəfərsaxlanılıb.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun başinspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, mayın 8-də futbol üzrə Azərbaycan U-16Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında başvermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiqaraşdırmalar başlanıb: “Əməli törətməkdə şübhəli bilinənlər - şəhərsakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədov saxlanılıblar. Şübhəlişəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmalarınnəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymətveriləcək”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan U-16 Liqasının hesabatturunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə başverib. Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaqkomandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirəməruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanınfutbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxilolan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsidentzamanı “Qəbələ”nin futbolçularından Ş.R. və Ə.G. ciddi xəsarətalıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
Mənbələr
Şərh ()
Bağla