AZ

Erməni keşiş ÇƏRƏNLƏDİ: “Qarabağı mütləq qaytaracağıq”

Robert Koçaryanın “dirijorluğu” ilə Ermənistandakı yürüşə rəhbərlik edən keşiş Baqrat Srbazan sərsəmləyib.

İnterpress.az xəbər verir ki, erməni keşiş həvəslənib yenə Qarabağı erməni torpağı adlandırıb və ora qqayıtmağın mütləqliyini çərənləyib.

“Qarabağ bizim vətənimizdir, evimizdir, Ermənistanın ayrılmaz hissəsidir. Bəli, biz Qarabağa qayıtmalıyıq”, – deyə Srbazan çərənləyib.

O, onlara fərqli yanaşan hər kəs mürtəd və yəhudi adlandırıb, “Qarabağa qayıdış olacaq, başqa çıxış yolu yoxdur” deyib.

P.S. Belə görünür ki, Srbazan kimi mənfur xislətli ermənilər “Dəmir Yumruğ”un zərbəsinə, gücünə o qədər adət ediblər ki, təkrar zərbəyə ehtiyac duyurlar. Azərbaycan Ordusu hər qarış torpağını qoruyur, müdafiə edir və heç kəsə torpağından artıq “pay” verməz, zor gücünə də olsa. Gələcəkləri varsa, görəcəkləri də var!

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla