AZ

“Qazprom”un zavoduna dron hücumu olub

Mayın 9-da günorta saatlarında Başqırdıstanın Salavat şəhərində “Qazprom”a məxsus “Salavatnefteorqsintez” müəssisəsində yanğın baş verib.

“AzPolitika” xəbər verir ki, yerli teleqram kanallarının yaydığı məlumata görə, buna səbəb pilotsuz təyyarənin sözügedən müəsisəni vurması olub. Daha sonra Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov dron hücumu barədə açıqlama verib. İlkin məlumatlara görə, itki yoxdur.

“Pilotsuz təyyarə Salavat şəhərinin sənaye zonasına hücum edib, bundan sonra “Qazprom Neftexim Salavat” müəssisəsinin qurğularından birinin ərazisində tüstülənmə baş verib. Müəssisə normal rejimdə işləyir”, - deyə Xabirov qeyd edib.

Bu, Ukraynada müharibə başlayandan bəri Başqırdıstanda ilk belə hadisədir. Rusiya hakimiyyəti hələ ki, pilotsuz uçan aparatın Ukraynaya məxsus olduğunu rəsmən açıqlamayıb. Ukrayna sərhədindən Başqırdıstana qədər 1000 kilometrdən çox məsafə var. Ukrayna pilotsuz təyyarələri artıq Rusiyanın Voloqda, Nijni Novqorod vilayətləri və ya Tatarıstan kimi ucqar bölgələrindəki hədəflərə hücum edib.

“Baza” teleqram kanalının məlumatına görə, dron katalitik krekinq qurğusuna düşüb.

Yanğın kiçik idi, ona görə də işçilər təxliyyə edilməyib”, - kanal yazıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
azpolitika.info

1Mənbələr