AZ

Antalyada təyyarənin təkəri partladı - 190 nəfər təxliyə edildi

Antalyada "Corendon Airlines"a məxsus Köln-Qazipaşa reysini həyata keçirən təyyarə ön təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib. 

Avtosfer.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlamasında 190 nəfərin təxliyə edildiyini, xəsarət alanın olmadığını bildirib:

    "09.05.2024-cü il tarixində saat 11:00 radələrində “Corendon Airlines”ə məxsus Köln-Qazipaşa reysini yerinə yetirən B738 tipli təyyarənin eniş zolağına endikdən sonra təkəri partlayıb və onun ön dayağı zədələnib. Uçuş zolağında qalan təyyarədən 184-ü sərnişin və 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfər təxliyə edilib. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib. Texniki qrupun yoxlamasından sonra təyyarə uçuş-enmə zolağından çıxarılacaq”.


    (APA)

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    200
    19
    avtosfer.az

    10Mənbələr