AZ

“Bolqarıstan və bütün Balkan ölkələri sıx əməkdaşlığmız var“ - Rasim Musabəyov 

"Bolqarıstan ilk Avropa Birliyinə daxil olan dövlətlərdəndir ki, Azərbaycanla strateji əməkdaşlıqla bağlı ikitərəfli müqavilə imzalamışdı".

Millət Vəkili Rasim Musabəyov bunu News365.az-a açıqlamasında deyib. 

"Bolqarıstan ilk Avropa Birliyinə daxil olan dövlətlərdəndir ki, Azərbaycanla strateji əməkdaşlıqla bağlı ikitərəfli müqavilə imzalamışdı. Bolqarıstanın prezidenti Bakıda səfərdə olan zaman strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı əlavə sənəd imzaladı. Azərbaycan Bolqarıstan münasibətləri bizim qaz nəqliyyatımızla məhdudlaşmır, çoxsahəlidir. O cümlədən gündəlikdə elə bir məsələ durur ki, Bolqarıstanda yerləşən Neftayırma müəssisəsi  lukoil tərəfindən idarə olunurdu. Bildiyimiz kimi Avropa birliyi tərəfindən Rusiyaya qarşı ciddi sanksiyalar tədbiq olunub. Bu müəsisənin təminatı, idarə olunması Azərbaycanın SOCAR-ı boynuna götürə bilər. Nəzərə  alınsa ki, bu müəsisə Bolqarıstanda mütün yanacağın təmiun edir, qonşu ölkələrdə ixrac olunur bu vacib bir məsələdir. Ayrı sahələrdə var, o cümlədən  hərbi sahə, silah istehsalı bütün bu məsələlər bilavasitə bu səfər zamanı həll olunmasa belə, ancaq nəzərdən keçirilir. Bolqarıstan və bütün Balkan ölkələri Azərbaycanla sıx əməkdaşlıq edir.  azərbaycanın Albaniya, Ruminiya ilə də sıx əlaqələri var. Bunlar hamısı əhəmiyyətlidir"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
news365.az

1Mənbələr